Bakı metrosunda qadının telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “20 Yanvar” stansiyasında oğurluqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız