“20 Yanvar”dan Sumqayıta gedənlərə mühüm xəbər - Dekabrın 9-dan...

saytların hazırlanması

Evə çatdırılma

“20 Yanvar”dan Sumqayıta gedənlərə mühüm xəbər - Dekabrın 9-dan...

Sosial

04 Dekabr 2024 18:18 503


Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar" metrostansiyası ("Azərsu" ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib. pizza mizza

Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar "20 Yanvar" metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzilbaşına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!