2025-ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR – Yeni model gəlir

saytların hazırlanması

Evə çatdırılma

2025-ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR – Yeni model gəlir

Sosial

30 Noyabr 2024 13:37 35745


Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarında dəyişikliklərin olacağı vədini verib. Məleykə Abbaszadə 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modelinin  tətbiq ediləcəyini bildirib.

Tətbiq edilən yeniliklər yalnız IX sinfi bitirəcək təhsilalanlar üçün nəzərdə tutulub. Yeniliklər bu il buraxılışla yanaşı, qəbul (blok) imtahanı da verəcək XI siniflərə şamil edilməyəcək.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri "Yeni Sabah"a danışarkən bir neçə xüsusi məqamı qeyd edib: Marqarita pizza

“Yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək. Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verilib.

Əslində, o qədər də ciddi əlavələr yoxdur. Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb. Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır.

Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır. IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb.

Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik. Amma bu metoda bənzər şəkildə tapşırığın olması uşaqların xarici dil biliklərində daha hazırlıqlı olmalarına xüsusi motivasiya yaradacaq. Burada şagird təqdim olunan təsvir əsasında öz fikirlərini esse formasında, yazılı şəkildə əsaslandırmağa çalışacaq”.

E.Nurinin fikrincə, imtahanlarda tətbiq edilən yeni model dəyişikliklərin əsas məqsədi qapalı tipli test tapşırıqlarının dominantlığını azaltmaq, şagirdlərin təhlilyönümlülük bacarıqlarının inkişafına şərait yaratmaqdır:

“Diqqət etmisinizsə, hər dəfə qəbul olunan yeni model dəyişikliklər qapalı test tapşırıqlarından asılılıq dərəcəsinin azalmasına xidmət etmiş olur. Bu, əslində gələcəyə yönəlik çox düşünülmüş bir addımdır. Şagirdlərin 5 variantlı testlər üzərindən deyil,  bu tipli tapşırıqlarla təhlilyönümlülük bacarıqları yönündən qiymətləndirmək onların İQ göstəricilərinə, analitik qabiliyyətlərinə də ciddi təsir etmiş olacaqdır”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vəfa
    Vefa
    1 year ago
  • Vəfa
    İmtahan vermek isdiyirem
    1 year ago
  • Rahib
    Salam bu yeniliklər ekstranat təhsilə də aiddi?
    1 year ago
  • sehla
    Bu il martda imtahan verənlərə aiddir?
    1 year ago