28 il əvvəl əsgər yoldaşını öldürən şəxs həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

28 il əvvəl əsgər yoldaşını öldürən şəxs həbs edildi 

Kriminal

29 Sentyabr 2023 11:03 497


Azərbaycanda 28 il əvvəl əsgəri öldürən şəxs həbs edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev məlumat verib. 

O qeyd edib ki, 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin üstü açılıb. pizza

Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilib və barəsində ittiham hökmü çıxarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!