Bakıda təmir-tikinti materialları satmaq adı ilə vətəndaşları aldadan şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş Quba rayon sakini Kənan Mirzəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6.400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib. Toyuqlu pizza
Telegram kanalımız