8 Martda qız qaçıran şəxsə ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

8 Martda qız qaçıran şəxsə ağır cəza verildi

Kriminal

17 İyun 2023 16:14 980


Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Yusif Əliyevə (şərti) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1991-ci il təvəllüdlü Y.Əliyevə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 4 il 6 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə ötən il martın 8-də saat 22 radələrində Gəncə şəhərində qeydə alınıb. pizza hut

Belə ki, həmin gün sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qohumu Gülnar Qasımovanı (şərti) yaşadığı ünvandakı evindən çıxararaq şəxsi avtomobilinə mindirib. Bu vaxt avtomobildə Y.Əliyevin həmkəndlisi də olub.

Yolda isə qıza onu evlənmək məqsədilə qaçırdığını bildirib. Bunu eşidəndən sonra Gülnar ondan avtomobili dayandırmasını təkid etsə də, Y.Əliyev yoluna davam edib.

Gülnar qohumunun dayanmayacağını görüb Göygöl rayonundakı kəndlərdən birinin ərazisində özünü avtomobildən yerə atıb. Nəticədə o, qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Y.Əliyev onu xəstəxanaya çatdırandan sonra ərazidən uzaqlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!