Avro əskinaslarının tədarükünə qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Avro əskinaslarının tədarükünə qadağa qoyuldu

Dünya

02 Mart 2022 17:23 815


Avropa İttifaqı Rusiya Federasiyasına avro əskinaslarının tədarükünə qadağa qoyub.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının saytındakı bəyanatda deyilir.

Xüsusilə, avro əskinaslarının Rusiyaya və ya Rusiyada hər hansı fiziki və ya hüquqi şəxsə, şirkətə və ya quruma, o cümlədən Rusiya Hökumətinə və Mərkəzi Bankına satılması, tədarükü, köçürülməsi və ya ixracı, Rusiya ərazisində istifadə edilməsi qadağandır. Dominos pizza

Həmçinin, Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən birgə maliyyələşdirilən gələcək layihələrə investisiya qoymaq, iştirak etmək və ya başqa cür təşviq etmək qadağandır.

Avropa İttifaqı Rusiyanın yeddi bankını - "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Bank of Russia", "Sovkombank", "VTB" və "VEB" beynəlxalq banklararası ödəniş sistemindən SWIFT-dən kənarlaşdırılır. Qərar martın 12-dən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!