Abid Şərifovun nəvəsi otel açdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abid Şərifovun nəvəsi otel açdı - Fotolar

Siyasət

09 Fevral 2021 19:02 1023


Şəki şəhər icra hakimiyyəti "Şəki Park” otel kompleksinin istismarına icazə verib.

Yenisabah.az xəbər verir ki, tikintilərin dövlət reyestrinə əsasən, 4 hektar torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur.

"Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Toyuqlu pizza

Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada "Abeona Global Limited” şirkətinə rəhbərlik edir.

2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.

/Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!