ABŞ bu ölkəyə 360 milyonluq silah göndərir - Vəziyyət gərgindir… 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu ölkəyə 360 milyonluq silah göndərir - Vəziyyət gərgindir… 

Dünya

20 İyun 2024 11:52 533


ABŞ Tayvana 360 milyon dollarlıq silah satışını təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, ABŞ Çinin suverenliyini iddia etdiyi Tayvana hərbi dəstəyini davam etdirir. 

ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada, Dövlət Departamentinin Tayvana silahlı pilotsuz uçuş aparatları, raket avadanlığı və əlaqədar materiallar da daxil olmaqla 360 milyon dollarlıq yeni silah satışını təsdiqlədiyi bildirilib. Razılaşmaya Tayvana döyüş başlıqlı 291 Altius-600M pilotsuz uçuş aparatının və 720 Switchblade kamikadze pilotsuz uçuş aparatının satışı daxildir.  Sezar pizza

Mətbuat konfransında Tayvan lideri Lai Çinq-te silah satışını təsdiqlədiyi üçün ABŞ-a təşəkkür edib və belə qərarların Tayvan boğazında sülh və sabitliyin qorunmasına kömək etdiyini bildirib. 

Qeyd edək ki, Tayvan lideri Lainin keçən ay andiçmə mərasimindən sonra Çin ada ətrafında hərbi təlimlər keçirib və Tayvana hərbi təzyiqləri artırıb.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!