ABŞ-da Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib - Fotolar

Sosial

26 Oktyabr 2020 10:32 1069


Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a bildirilib ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər. 

Florida Azərbaycan İcmasının da iştirakı ilə baş tutan aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrailin bayraqları dalğalanıb. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Erməni təcavüzünə son” kimi şüarlar səsləndirilib. Sezar pizza

Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!