ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, Departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb:
“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”. Marqarita pizza
Xatırladaq ki, yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.
Telegram kanalımız