ABŞ Dövlət Departamentindən İsrailə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Dövlət Departamentindən İsrailə XƏBƏRDARLIQ

Dünya

06 İyun 2024 09:16 357


ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatının əleyhinə olduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller prosesi yaxından izlədiklərini və bundan çox narahat olduqlarını bəyan edib. 

Gündəlik mətbuat konfransında danışan Dövlət Departamentinin rəsmisi İsrailin şimal sərhədində "Hizbullah"la artan gərginliyinə də münasibət bildirərək hər kəsin hazırda Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində "Hizbullah"la yeni münaqişəyə girməsinin İsrailə və bölgədəki digər aktorlara fayda verməyəcəyini vurğulayıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!