ABŞ-ın Ermənistana qarşı münasibəti dəyişsə də... - Sərkisyan

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın Ermənistana qarşı münasibəti dəyişsə də... - Sərkisyan

Siyasət

20 Yanvar 2021 13:47 985


ABŞ-ın Ermənistana qarşı münasibəti dəyişsə də, siyasəti dəyişməyəcək.

Yenisabah.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan öz Feysbuk səhifəsində paylaşıb.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistana münasibətdə siyasətinə qlobal, regional və ikitərəfli münasibətlər baxımdan yanaşmaq lazımdır: pizza mizza

“ABŞ-Rusiya, ABŞ-İran və ABŞ-Türkiyə münasibətləri Ermənistana da öz təsirini göstərəcək. Bizim strateji müttəfiqimizə iqtisadi təzyiqlər, qonşu İrana münasibətdə sanksiyalar bizim iqtisadiyyatımızı birbaşa vurur. Gərgin münasibətlər bizim manevr imkanlarımızı daha da çətinləşdirir”.

Sərkisyan ABŞ-ın Cənubi Qafqaz siyasəti istiqamətində korrektələr ediləcəyini bildirib. (Axar.az)

O, bu korrektələrin son müharibənin nəticələrini nəzərə alaraq gerçəkləşdiriləcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!