ABŞ-ın şok planı:   Zelenski qaçırılacaq və sürgündə...

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın şok planı: Zelenski qaçırılacaq və sürgündə...

Dünya

06 Mart 2022 15:12 5949


ABŞ Dövlət Departamenti, Pentaqon və digər ABŞ agentlikləri Vladimir Zelenski hökumətinin Ukraynanı tərk etməli olacağı təqdirdə planlarını, o cümlədən Zelenskinin Polşada sürgündə Ukrayna hökumətini quracağı ssenarisini hazırlayır.

Bu barədə "Vaşinqton Post" (VP) qəzetinə adı açıqlanmayan Vaşinqton rəsmilərindən biri deyib.

"Mümkün olan hər bir hadisə üçün fövqəladə hallar planı hazırlayırıq", - rəsmi qeyd edib. Dominos pizza

Nəşr bildirib ki, Zelenski ABŞ rəsmiləri ilə Kiyevdən Polşa sərhədinə yaxın olan Lvova gedib-getməməyi müzakirə edib.

Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmurun sözlərinə görə isə Zelenskinin mühafizəçiləri onu və kabinet üzvlərini tez bir zamanda köçürməyə hazırdırlar.

"Vaşinqton Post" onu da vurğulayıb ki, Zelenski bu günə qədər Kiyevi tərk etməkdən imtina edir.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!