ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür

Dünya

03 Mart 2022 11:09 304


Birləşmiş Ştatlar qlobal enerji təchizatında fasilələrə yol verməməklə yanaşı, Rusiya neftinin istehlakını azaltmağın yollarını araşdırır.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə telekanala Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dulip Sinq bildirib.

“Biz qlobal enerji təchizatını dəstəkləyərkən ABŞ-ın Rusiya neftinin istehlakını azaltmaq üçün imkanlar axtarırıq. Dünyada neft tədarükünün azalması yalnız Amerika yanacaqdoldurma məntəqələrində benzinin qiymətini artıracaq və Rusiya prezidenti Vladimir Putinin gəlirlərinin artmasına töhfə verəcək”, - deyə Sinq vurğulayıb. Pepperoni pizza

Onun fikrincə, ABŞ hakimiyyətinin məqsədi Rusiyanın aparıcı enerji təchizatçısı statusunu azaltmaqdır.

ABŞ Enerji Departamentinin İnformasiya Bürosunun rəsmi statistikasına görə, Rusiya ABŞ bazarına xarici neft tədarükçülərinin ilk beşliyindən biridir. 2021-ci ildə Rusiya ABŞ-a idxal edənlər arasında ikinci yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!