ABŞ səfiri: Xocalı kimi faciələr təkrarlanmamalıdır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfiri: Xocalı kimi faciələr təkrarlanmamalıdır

Siyasət

26 Fevral 2024 11:05 456


ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat yayılıb.

O qeyd edib: “Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!