ABŞ “Sepah“ı terrorçu siyahısından çıxaracaq - İddia

saytların hazırlanması

Evə çatdırılma

ABŞ “Sepah“ı terrorçu siyahısından çıxaracaq - İddia

Dünya

03 Mart 2022 17:36 981


ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK - "Sepah") terrorçu qruplar siyahısından çıxarmağı düşünür.

Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, Britaniya nəşri bunu keçmiş rəsmisi və məlumatlı hökumət mənbələrinə istinadən iddia edib.

Onlardan biri - ABŞ dövlət katibinin İran üzrə keçmiş xüsusi müşaviri Qabriel Noronhadır. O, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası, eləcə də Aİ rəsmilərinə istinadən "Tvitter" hesabında Vyana danışıqlarında ABŞ-ın əsas müzakirəçisi Rob Mallinin İrana "Sepah"ı siyahıdan çıxarmağı təklif etdiyini bildirib.  pizza

Donald Tramp 2018-ci ildə İranla nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra İİKK terrorçu qruplaşmalar siyahısına salınıb.

Qabriel Noronha iddia edib ki, İranla yeni müqavilə imzalamaq üçün ABŞ rəsmiləri Bayden hökumətini Tehrana güzəştlərə sövq edir. Onlar təfərrüatlarını açıqlayaraq imzalanmanı sürətləndirməyə ümid edirlər.

Noronha başqa bir tvitində ABŞ-ın Vyanadakı danışıqlar qrupundan 3 şəxsin kənarlaşdırılmasını da güzəştlərə aid edib.

Keçmiş ABŞ rəsmisi bildirib ki, Bayden administrasiyası əvvəllər hədəfdə olan 112 fiziki və hüquqi şəxsə qarşı qadağaları ləğv etməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!