Abşeron rayonunda ümumən 1710 cinayət faktı aşkar olunub.
Yenisabah.az xəbər verir ki, Hökməli qəsəbəsində əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.
Mehdiabadda Fərman Muradovdan da 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb. Sezar pizza
Novxanı qəsəbəsində 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.
Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.
Telegram kanalımız