Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparıldı - Fotolar

Sosial

10 Oktyabr 2020 15:50 2449


Abşeron rayonunda fəaliyyət göstərən orta məktəb və məktəbəqədər təhsil müəssisələrində tədrisin pandemiya şəraitində təşkili vəziyyəti ilə əlaqədar monitorinqlər aparılıb.

Yenisabah.az xəbər verir ki, Abşeron RİH-nin əməkdaşlarının və  Rayon Təhsil Şöbəsinin nümayəndələrinin birgə iştirakı ilə rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud şəraitə bxış keçirilib, pandemiya şəraitində  şagirdlərə və körpə fidanlara təlim-tərbiyənin, eləcədə tədrisin keçirilmə formasını müşahidə ediblər.

Həyata keçirilən monitorinqlər zamanı ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin müvafiq qaydalara uyğun təchiz edilməsi, dezinfeksiyaedici maddələrlə tam təmin olunması, dərs prosesində müəllimlərin və tərbiyəçilərin üz sipəri ilə yanaşı maskadan istifadə etmələri, məktəbdə və bağçalarda kollektivi, şagirdləri və eləcə də körpə fidanları maarifləndirmək üçün xüsusi posterlərin vurulması, həyətin müəyyən olunmuş qaydalara uyğun olaraq xətlənməsi məsələlərinə diqqət yetirilib. Toyuqlu pizza

Eyni zamanda məktəb və bağça rəhbərliyinə müvafiq göstərişlər və tapşırıqlar verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!