Abşeron rayonunda cinayət və inzibati xarakterli 1962 fakt aşkar edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron aşkar edilib.
Mehdiabadda isə qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. Dördpendirli pizza
Sarayda Zaur Hüseynov tutulub. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb. Yol hərəkəti qaydalarını pozan ümumilikdə 117 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Telegram kanalımız