Ada yenidən Ukraynanın nəzarətinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ada yenidən Ukraynanın nəzarətinə keçdi

Dünya

26 Fevral 2022 09:34 678


Bir gün əvvəl Rusiya Federasiyasının nəzarətinə alınan Zmeyinı adası yenidən Ukraynanın nəzarətinə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Vadim Denisenko öz "Facebook" səhifəsində məlumat yayıb.

Sərhədçilər Qara dənizdə Ukrayna sərhədlərinin mühafizəsini davam etdirir. Dominos pizza

Denisenko bildirib: "2 naməlum gəmi İlan adasına yaxınlaşaraq körpüyə atəş açıb. Onlar Ukrayna sərhədçilərindən təslim olmağı tələb etsələr də, şərtləri müəyyən etməyiblər. Bundan sonra adadan uzaqlaşıblar. Hazırda Zmeyinı adası bizimdir".

Eyni zamanda o, sərhədçilərin Qara dənizdə Ukrayna sərhədlərinin mühafizəsini davam etdirdiyinə diqqət çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!