Aktyor Elşən Orucov müğənni Nadir Qafarzadəyə söz atıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, “Fəlidən doğru xəbər” verilişində qonaq etdiyi Nadirin illər əvvəl qalmaqal yaradan açıqlamasına eyham vurub.
“Flora xanım dünyada yeganə müğənnilərdəndir ki, səsi 4 oktavadır, sənin də 4 otaqlı evin var. Fərq necədir? Yaşamaq olur?”, - deyə “Fəlakət” soruşub. pizza
Nadir isə “Azdır, çatmır” cavabını verib. Bunun ardınca Orucov “Bəs 1 oktavalı səslə soyuducu dolur” sualını Qafarzadəyə ünvanlayıb. “O sənin fərasətinə baxır. Elə adam var ki, oktavadan xəbəri yoxdur, amma soyuducusu doludur”, - deyə ifaçı bildirib.
Qeyd edək ki, Nadir illər əvvəl “kitab oxuyursuz” sualına cavab kimi “Gedək professor da “xaladelnikini” açsın, mən də, görək kiminki doludur” demişdi.
Telegram kanalımız