Aeroport yolunda QƏZA: Cərrah maşınla piyadanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Aeroport yolunda QƏZA: Cərrah maşınla piyadanı vurub öldürdü

Hadisə

24 Oktyabr 2022 09:52 1359


Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə aeroport şosesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. pizza sifarişi

Sürücü xəsarət almış piyadanı xəstəxanaya apararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.

Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!