Ağadadaş Ağayevin gəlini: “Mənə düşmən olan qaynanama da...“

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayevin gəlini: “Mənə düşmən olan qaynanama da...“

Şou

23 Dekabr 2022 12:19 1405


Xalq artisti Ağadadaş Ağayevin gəlini Qutayis Ağayeva TikTok canlısında növbəti açıqlaması ilə diqqət çəkib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, hazırda çətin vəziyyətdə olduğunu və çarəsiz qaldığını söyləyib:

“Bakıya 7 il əvvəl gəldim, onlar məni gəlin kimi gətirdi. Düzdür, Bakı mənim üçün yaddır. Amma Bakıya qurban olaram, Vətənimdir. Deyə bilmirsiz ki, Qutayis yazıqdır, Bakıda yalnız qalıb çarəsidir? Onun qaynatası çox imkanlı və tanınmış adamdır, özü isə pis vəziyyətdədir, niyə demirsiz? Niyə qadının tərəfini saxlamırsız? Toyuqlu pizza

Niyə demirsiz ki, səni anlayırıq? Mənə düşmən olan qaynanama da “can” deyib qucaqlayıb ağlamışam. Bezmişəm bu platformadan. TikTok-u silmək istəmirəm, qızım var, işim yolunda getmədi, buradan pul qazanıram. Elə olub ki, jetonları pula çevirib, xəstələrə yardım etmişəm, öz cibimdə 40-50 manat pul olub. Xahiş edirəm qəlbimi sındırmayın”.

Qeyd edək ki, o, bir müddət əvvəl müğənninin oğlu ilə ayrıldığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!