Ağalar Bayramov xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Ağalar Bayramov xəstəxanaya yerləşdirildi

Şou

10 Fevral 2023 19:47 1279


Əməkdar artist Ağalar Bayramov xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, evində yıxılaraq ayağından zədə alan tanınmış qiraətçi Respublika Klinik Xəstəxanasında müalicə olunur.

A.Bayramov açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: pizza hut

“Hadisə fevralın 3-də baş verib. Ehtiyatsızlıq ucbatından yıxıldım. Başım divara dəydi, huşumu itirdim. Evdə də gəlindən başqa heç kim yox idi. Tez məni divana uzandırdı, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər vurulur, vəziyyətim yaxşılığa doğru gedir. Mənə burada xidmət göstərən hər kəsə təşəkkür edirəm”.

A.Bayramov, eyni zamanda Türkiyədə baş verən zəlzələyə görə narahat olduğunu qeyd edib:

“Həyəcanlanıram. Bu da mənə olmaz. Bircə arzum odur ki, Türkiyə bütün sınaqlardan alnıaçıq çıxsın. Ürəyim dözmür. Mənim oğlum Şəhriyarın məzarı Qubadlıdadır. Yanvarda onu ziyarətə getmişdim. Onun qəbrinə and olsun, öz canım yadımdan çıxıb, qəlbim Türkiyədədir”./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!