Ağdamın kəndləri intensiv artilleriya atəşinə tutulur

saytların hazırlanması

Evə çatdırılma

Ağdamın kəndləri intensiv artilleriya atəşinə tutulur

Sosial

02 Oktyabr 2020 09:56 1168


Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!