Ağsu sakini yırtıcının hücumuna məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Ağsu sakini yırtıcının hücumuna məruz qaldı

Hadisə

29 Noyabr 2022 17:37 987


Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

36 yaşlı Sakit Bağırov gecə küçədə gedərkən naməlum vəhşi heyvan qəflətən onun üstünə hücum edərək sol biləyindən dişləyib. Özünü itirməyən S.Bağırov heyvanın boğazından yapışaraq yerə çırpıb. Lakin heyvan yenidən onun sifətindən yapışıb. Dominos pizza

Səs-küyə yaxınlıqdakı evlərdə yaşayan sakinlər köməyə gəlib. Bu zaman vəhşi heyvan qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. S.Bağırovun sifətinin müxtəlif nahiyəsinə tikiş vurulub.

Hələlik ona hansı vəhşi heyvanın hücum etdiyi məlum deyil.

Sakinlərin sözlərinə görə, artıq bir neçə ildir ki, gecələr kənddəki həyətlərə vəhşi heyvanlar soxulur, ev heyvanlarına hücum edirlər.

Həmin heyvanın yaxınlıqdakı dağlıq və meşəlik ərazilərdən gəldiyi güman olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!