Aleksey Navalnının həyat yoldaşı barədə həbs qərarı verildi

saytların hazırlanması

Evə çatdırılma

Aleksey Navalnının həyat yoldaşı barədə həbs qərarı verildi

Dünya

09 İyul 2024 21:49 1254


Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının dul arvadı Yuliyanı ekstremist təşkilatda iştirak etdiyinə görə qiyabi həbs etmək barədə qərar verib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Navalnaya Y.B. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir. Dominos pizza

Bildirilir ki, müddət Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!