Almaniya və İngiltərə millilərinin fanatları arasında dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Almaniya və İngiltərə millilərinin fanatları arasında dava düşdü

Dünya

06 İyul 2024 15:27 647


Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı fanatları ələ salması səbəb olub.

İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və davaya səbəb olub. Nəticədə hadisəyə polislər müdaxilə etmək məcburiyyətində qalıblar. Dominos pizza

Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!