Almaniyada bir gündə 80 min adam virusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada bir gündə 80 min adam virusa yoluxdu

Dünya

12 Yanvar 2022 11:39 583


Almaniyada son sutka ərzində koronavirusa 80 430 yeni yoluxma halı qeydə alınıb. Bu isə pandemiya dövrünün ən yüksək göstəricisidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Robert Kox adına Virusologiya İnstitutunun məlumatlarında bildirilir.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 661 811 nəfərə çatıb. Son sutka ərzində virusa yoluxmuş 384 nəfər dünyasını dəyişib. Bu göstəricidə ümumi say 114 735 nəfər təşkil edir, 6,2 milyon insan isə xəstəlikdən sağalıb. Marqarita pizza

Statistikaya görə, 1946-cı ildən sonra ilk dəfə ölkədə illik ölüm göstəricisi 1 milyon nəfəri aşaraq, 1 016 899 nəfər təşkil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!