Ana və körpəsinin ölüm səbəbi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ana və körpəsinin ölüm səbəbi məlum oldu

Hadisə

04 Oktyabr 2022 19:11 1057


1985-ci il təvəllüdlü vətəndaş Abdullayeva Gülnar İlham qızı 2 oktyabr saat 04:04-də 40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi) diaqnozu ilə xəstəxanaya daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

TƏBİB rəsmisi bildirib ki, qadın 2 oktyabr saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) olan diri döl dünyaya gətirib. Pepperoni pizza

"Ananın saat 15:15-də kəskin ağciyər, ürək-damar çatışmazlığı diaqnozi ilə, yenidoğulmuşun isə saat 11:55-də ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib", - Z. Ədilova qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!