ANAMA Xocalıya köçən sakinlərə təlim keçdi

saytların hazırlanması

Evə çatdırılma

ANAMA Xocalıya köçən sakinlərə təlim keçdi

Sosial

13 Dekabr 2024 19:54 325


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə ANAMA-nın "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, təlimin məqsədi sakinlərə təhlükəsizlik qaydaları barədə məlumat vermək, onları şübhəli ərazilərin əlamətləri haqqında maarifləndirməkdir. Bundan başqa, sakinlərə təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, şübhəli əşyalara toxunmamağa çağırışlar edilib. Dördpendirli pizza

Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ maarifləndirici plakatlar da paylanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!