Angela Merkelin pulqabısı mağazada oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Angela Merkelin pulqabısı mağazada oğurlandı

Dünya

26 Fevral 2022 11:55 458


Almaniyanın keçmiş kansleri Angela Merkelin Berlində alış-veriş edərkən pulqabısı oğurlanıb.

Yenisabah.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, fevralın 25-i səhər Merkel oğurluğun baş verdiyi Şarlottenburq rayonunda yerləşən supermarketə gedib.

Polis qurbanın adını çəkmədən yalnız “67 yaşlı qadın”dan oğurluqla bağlı ifadə aldığını təsdiqləyib. pizza mizza

Keçmiş kanslerin pulqabısında şəxsiyyət vəsiqəsi, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olub. Merkelin ofisi hər hansı şərh verməkdən imtina edib.

Alış-veriş zamanı keçmiş kansleri Federal Cinayət İdarəsinin (BKA) ən azı bir mühafizəçisi müşayiət edib. Polis cinayətlə bağlı araşdırma aparır.

Merkel Almaniya hökumətinin başçısı olarkən belə həmişə alış-verişə özü getməsi ilə tanınır. 2021-ci il seçkilərindən sonra Merkel böyük siyasətdən getməyə qərar verdi, 16 il Almaniyanın kansleri olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!