Ankarada Rəsulzadənin adını daşıyan lisey niyə sökülüb?

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Rəsulzadənin adını daşıyan lisey niyə sökülüb?

Hadisə

19 Oktyabr 2022 09:48 1662


Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb. Bu barədə tarixçi Dilqəm Əhməd məlumat verib.

O, binanın zəlzələyə davamlı olmaması səbəbindən söküldüyünü qeyd edib.

Amma dahi Rəsulzadənin adını daşıyan lisey binasının sökülməsi Azərbaycanda ictimaiyyəti arasında birmənalı qaşılanmayıb. Sosial şəbəkə istifadəçiləri liseyin ümumiyyətlə ləğv ediləcəyi, yaxud da liseyin artıq Rəsulzadənin adını daşımayacağı ilə bağlı narahatlıqlarını dilə gətiriblər. pizza

Pressklub.az məsələ ilə bağlı Türkiyə Təhsil Nazirliyinə müraciət edib. Təhsil nazirinin müşaviri Yılmaz Güney eksklüziv açıqlamasında Rəsulzadənin adını daşıyan lisey binasının artıq ömrünü başa vurmaq üzrə olduğunu bildirib:

“Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan və paytaxt Ankarada ən keyfiyyətli tədris mərkəzlərindən biri olan liseyimizin yerləşdiyi bina çox köhnə və risklərə qarşı dayanıqsız idi. Buna görə də, nazirlik tərəfindən formalaşdırılan komissiya bina ilə bağlı araşdırma apardı. Nəticədə belə qənaətə gəlindi ki, bina sökülsün və yerində yenisi tikilsin. Qarşıdakı dövrdə yeni binanın inşa edilməsi ilə bağlı işlər tamamlanacaq. Liseyin adı isə dəyişdirilməyəcək. Liseyimiz yenə də Cümhuriyyətin qurucusu Rəsulzadənin adını daşımaqda davam edəcək” – deyə nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!