AQTA Xudatda göbələkdən zəhərlənməni araşdırır

saytların hazırlanması

Evə çatdırılma

AQTA Xudatda göbələkdən zəhərlənməni araşdırır

Hadisə

12 Dekabr 2022 12:05 719


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Xudatda göbələkdən zəhərlənmə faktını araşdırmağa başlayıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AGTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Dördpendirli pizza

Xatırladaq ki, ilkin məlumata görə, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!