Argentina Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Argentina Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

Dünya

26 Fevral 2022 10:50 392


Argentina hakimiyyəti Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirmir.

Yenisabah.az "La Nacion" qəzetinə istinadla xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsi hökumətindəki mənbələr məlumat yayıb.

Anonim rəsmi bildirib: “Argentina öz fəaliyyətində beynəlxalq hüquq və BMT Nizamnaməsində təsbit olunmuş bütün prinsiplərə ciddi riayət olunmasını əsas götürür”. Marqarita pizza

O, həmçinin qeyd edib ki, “Argentina sülh şəraitində birgə yaşayışı təmin edən ədalətli və davamlı həll yollarına nail olmaq məqsədi daşıyan istənilən aksiyaya qoşulmağa hazır olacaq”.

Bundan əvvəl Ukraynanın Argentinadakı müvəqqəti işlər vəkili Sergi Nebrat Cənubi Amerika ölkəsinin hökumətini Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!