Arif Hacılının oğlu həbs olundu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılının oğlu həbs olundu - VİDEO

Kriminal

31 Oktyabr 2023 22:57 1869


Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Arif Hacılı özünün Facebook profilində məlumat verib. 

"Oğlumu həbs etdilər.  Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar. Pepperoni pizza

Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb. Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür", - Arif Hacılı yazıb. 

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. 

Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunurdu.

“Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılmışdı. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!