Aşıq Namiq qəzaya düşdü - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Namiq qəzaya düşdü - VİDEO

Hadisə

13 Oktyabr 2022 07:54 4730


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

"Toyota" markalı maşını idarə edən Hüseynov Namiq Fərhad oğlu işıqforun qırmızı işığında dayanan zaman "Azsamand" markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə "Renault" markalı avtomobilə çırpıb. Daha sonra "Azsamand" Namiq Hüseynova məxsus "Toyota"ya dəyərək dayanıb. pizza

Qəza nəticəsində "Renault" markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi təxirəsalınmaz yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar 3 nömrəli xəstəxanaya aparılıb.

"Toyota"nı idarə edən Aşıq Namiq bildirib ki, "Azsamand"ın sürücüsü sürət həddini aşıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!