Astarada ata qətli: Yeni şübhəli var

saytların hazırlanması

Evə çatdırılma

Astarada ata qətli: Yeni şübhəli var

Kriminal

02 Avqust 2023 17:07 1659


Avqustun 1-də Astara rayonunun Çürkəş kəndində Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. pizza mizza

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, bir gün əvvəl cinayəti 1977-ci il təvəllüdlü Rəşad Əliyevin törətdiyi bildirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!