Astarada “avtoş“luq videosunu yayan şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Astarada “avtoş“luq videosunu yayan şəxs həbs olundu

Hadisə

05 Noyabr 2022 11:58 869


Astarada avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olunub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir kirayon sakini Elşən Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb. pizza hut

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!