Astarada tibb bacısının ölümünə dair cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Astarada tibb bacısının ölümünə dair cinayət işi açıldı

Kriminal

11 Noyabr 2023 14:00 1142


Noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Astara rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Suleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. pizza hut

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!