Atəşkəsin pozulmasına dair istənilən xəbər həyəcan doğurur - Klaar

saytların hazırlanması

Evə çatdırılma

Atəşkəsin pozulmasına dair istənilən xəbər həyəcan doğurur - Klaar

Siyasət

11 Aprel 2024 16:02 799


Sərhəddə atışma ilə bağlı istənilən xəbər həyəcan doğurur.

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azadlıq” radiosuna müsahibəsində bildirib.

O, atəşkəsin pozulmasının Bakının dərinləşən Ermənistan-Aİ münasibətlərinə cavabı olub-olmadığını bilmir, lakin qeyd edir ki, Aİ sülh sazişi, delimitasiya sazişləri və kommunikasiyaların açılmasına gətirib çıxaracaq real, mənalı danışıqlar görmək istəyir: pizza mizza

“Diqqəti buna yönəltmək lazımdır” deyən Aİ-nin xüsusi nümayəndəsi substantiv danışıqlar prosesinə qayıtmağın zəruri olduğunu vurğulayıb.

Artıq 6 aydır ki, rəsmilərin yaxın gələcəkdə sülh sazişinin imzalanmasının mümkünlüyü barədə danışdıqları və sülh sazişinin niyə əldə oluna bilmədiyi sualına Aİ nümayəndəsi belə cavab verib:

“Bir neçə səbəb ola bilər. lakin məndə olan məlumata görə, prosesin müxtəlif istiqamətlərdə getməsi ilə bağlı mən də hesab edirəm ki, həqiqətən də siyasi iradə, öhdəlik varsa, müsbət nəticə əldə etmək o qədər də uzun çəkməməlidir. Bu istiqamətdə Ermənistan və Azərbaycanla birgə işləmək istəyirik ki, müsbət nəticə əldə edək. Çünki, dediyim kimi, hər iki tərəfdə siyasi öhdəlik varsa, bu, o qədər də uzun sürməməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!