Yoluxma sayında kəskin artım qeydə alındıqdan sonra metro və məktəblərin fəaliyyətinin dayandırılması ilə bağlı verilən qərar narahatlıq doğurub.
Maraqlıdır, bunu mütəxəssislərin hələ bir neçə ay əvvəldən proqnozlaşdırdığı “ikinci dalğa”nın əlaməti saymaq olarmı? Bu artım növbəti günlərdə də davam edə bilərmi?
Yenisabah.az-a danışan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev qeyd edib ki, biz COVID-19 la bağlı məsələlərə artıq dünya prizmasından deyil, öz prizmamızdan baxmalıyıq. Çünki heç bir dünya ölkəsində virusla mübarizə ön cəbhədə düşmənə qarşı mübarizə ilə paralel aparılmır: pizza mizza
“Bu aspektdən də baxdıqda biz daha ehtiyatlı olmalıyıq. Təəssüflər olsun ki, son statistikalar da onu göstərdi ki, Azərbaycanda vəziyyət ciddi şəkildə pisləşə bilər. Ona görə də tətbiq edilən məhdudiyyətlər tam yerində və düzgün qiymətləndirirəm. Ümumiyyətlə, hətta avtobuslara da müəyyən çərçivə daxilində məhdudiyyətlərin tətbiqi vəziyyət daha da pisləşsə, başa düşüləndir”.
Həkim yoluxma sayının artmasının bir neçə ay öncədən gözlənilən olduğunu diqqətə çatdırıb:
“Bu haqda mən də kifayət qədər xəbərdarlıqlar etmişdim. Sadəcə son məlum məsələlərdə insanların bir yerdə çox sıx toplaşması və virusa qarşı tətbiq olunan qızıl qaydalara əməl etməmələri bu prosesi daha da tezləşdirdi”.
Həmsöhbətimiz vurğulayıb ki, məhdudiyyətlər virusun yayılma tezliyinin sürətini azaldacaq, amma insanlar qaydalara əmıl etməsələr, yoluxma sayı bir zaman sonra ciddi şəkildə artacaq.
“Bizim burada bir də xüsusi diqqət etdiyimiz məqam döyüş bölgələrində virusa yoluxmanı minimumda saxlamaqdır və ya heç olmamasını təmin etməkdir. Bunun üçün də vacib məsələ oralara son gündə fərqli bölgələrdən yardım gətirmə məqsədilə gələn insanların sayını azaltmaqdır. Düşünürəm ki, ünsiyyətlərin sayını azaltmaq və bununla da yoluxma riskini minimuma endirmək üçün yardımlar dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilməlidir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız