Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Yenisabah.az xəbər verir ki, Aİ-yə müvəqqəti rəhbərlik edən Belçikanın rəsmi sosial media hesabında paylaşılan yazıda, "Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq güclü və əhəmiyyətli 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəldilər. " ifadəsi işlədilib.
Yazıda yeni sanksiyaların məqsədyönlü tədbirlər gördüyü və paketin mövcud sanksiyalardakı boşluqları da aradan qaldıracağı qeyd edilib. pizza hut
Aİ Komissiyasının sədri Ursula von der Leyen mövzu ilə bağlı açıqlamasında deyib: "Rusiyaya qarşı 14-cü sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram".
Von der Leyen bəyan edib ki, yeni sanksiyalar paketi Rusiyanın mühüm texnologiyalara çıxışının qarşısını daha da alacaq, enerji gəlirlərini azaldacaq, bu ölkənin kölgə donanması və kölgə bank şəbəkəsi ilə mübarizə aparacaq.
Sanksiyalar Rusiyanın Aİ-na LNG ixracatının əksəriyyətinə təsir etməyəcək, lakin Aİ limanlarına Rusiya LNG-ni yenidən satmaq qadağan ediləcək.
Bu paket uzun müddətdir ki, üzv dövlətlər arasında müzakirə olunurdu. Yeni paketə xüsusilə Macarıstan qarşı çıxdı və bu, prinsipcə enerji sanksiyalarına qarşı idi. Macarıstanın narahatlığı atom elektrik stansiyası investisiyalarına qarşı sanksiyaların tətbiq olunmayacağına dair zəmanətlə aradan qaldırıldı.
Almaniya da ixracatçı şirkətlər qarşısında mümkün yeni öhdəliklərə görə paketin əleyhinə idi. Bu tədbir də paketdən çıxarıldı və Almaniya razılaşdırıldı.
Qeyd edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər qoyulub.
Şeyla Səmiyeva
Telegram kanalımız