Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu haqda açıqlama verib:
Onlar kütləvi və məqsədyönlü sanksiyalar paketinin təsdiqləndiyini bildiriblər: “Birincisi, bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.
İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen özünün tviter hesabında yazıb. pizza sifarişi
“İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq.
Üçüncüsü: Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik.
Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq.
Nəhayət: vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər”.
Telegram kanalımız