Bu il Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision-2023” mahnı müsabiqəsinin loqo və şüarı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, müsabiqənin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir. “United by Music” müsabiqənin rəsmi şüarı olaraq seçilib.
Ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib. pizza mizza
Xatırladaq ki, mayın 9-u və 11-də “Eurovision-2023” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.
Telegram kanalımız