Bir müddətdir küsülü olan Avroviziya təmsilçilərimiz Nigar Camal və Samirə Əfəndi barışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın ad günündə bir araya gələn sənətçilər incikliklərini aradan qaldırıblar. Hətta iki müğənni məclisdə birgə rəqs də ediblər.
Samirə Avroviziyada iştirak etdiyi il MTV-də yayımlanan “10-da görüşək” proqramında aparıcı Samir Bayramlı Nigar Camala “Samirənin mahnısı ilk beşlikdə yer alacaq”, - deyə sual ünvanlamışdı. Müğənni isə “Mata Hari” mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi. Bundan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı.
Telegram kanalımız