“Ay camaat, 20 min pul verirlər” videosuna Dövlət Xidməti rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

“Ay camaat, 20 min pul verirlər” videosuna Dövlət Xidməti rəy bildirdi

Sosial

06 Dekabr 2024 17:43 2180


1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

“Həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır”, - deyə Dövlət Xidmətindən vurğulanıb. Sezar pizza

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır.

Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!