Aydın Xanın bu çıxışı gündəm oldu: “76 yaşlı anam ərə getsin”

saytların hazırlanması

Evə çatdırılma

Aydın Xanın bu çıxışı gündəm oldu: “76 yaşlı anam ərə getsin”

Şou

21 Fevral 2023 07:56 1746


Tanınmış kultroloq Aydın Xan Əbilov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. 

“Yeni Sabah” xəbər verir ki, onun bu çıxışı son günlər sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biridir.

"Space TV"də yayımlanan "Gəl, danış Amil Xəlil ilə" verilişinə qonaq olan Əbilov evlənmək üçün yaşın fərqinin olmadığını deyib.  pizza

O açıqlaması zamanı 76 yaşlı anasının ailə quracağı təqdirdə ona icazə verəcəyini deyib: 

"Anamın 76 yaşı var. Atam 10 ildir rəhmətə gedib. Böyük məmnuniyyətlə istəyərdim ki, anam yenidən ailə qursun. Niyə ailə qurmamalıdır ki? Mən sevinərəm. Bir insanın xoşbəxtliyi bu dünyanın cənnəti deməkdir". 

Aydın Xan Əbilovun bu sözləri studiyadakı ekspertləri və tamaşamıları təəccübləndirib. Kultroloqun bu çıxışı sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. 

Ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!