Ayətullah Xamnəi namizədlərə sərt xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəi namizədlərə sərt xəbərdarlıq etdi

Dünya

22 İyun 2024 12:07 506


"Cənab namizədlər debatlarda düşməni sevindirəcək bəyanatlar verməkdən çəkinməlidirlər".

Yenisabah.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi deyib.

O bu xəbərdarlığı məhkəmə sistemi rəsmiləri ilə görüşündə dilə gətirib: Marqarita pizza

"Yaxşı televiziya proqramları hazırlanır və bu, insanları müxtəlif namizədlərin rəyləri ilə tanış edir. Məsləhətim odur ki, namizədlərin televiziyada birgə apardıqları bu müzakirələr və ya qrup halında, ya da ayrı-ayrılıqda verdikləri açıqlamalar rəqibinə qalib gəlməsi üçün düşməni sevindirəcək söz deməsinə səbəb olmasın.

Düşmən sözləri deməyin. Bu, mühüm məqamdır. Bəzən ölkəni, milləti, İslam Respublikası sistemini düşmən edən sözlər ortaya çıxa bilər, bu, caiz deyil. Deyilən sözlər ölkə düşmənini, millət düşmənini, sistem düşmənini sevindirməməlidir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!